Home » Bu gün avro 20 ildə ilk dəfə 99 sentdən də aşağı qiymətə ticarət olunub

Bu gün avro 20 ildə ilk dəfə 99 sentdən də aşağı qiymətə ticarət olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avro bazar ertəsi günü 20 ildə ilk dəfə 99 sentdən də aşağı enib, bu isə Rusiyanın əsas qaz kəməri ilə axını Avropa üçün qeyri-müəyyən müddətə tamamilə dayandırması xəbərindən sonra baş verib.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) ümumi pul vahidi avro dollar ilə müqayisədə London saatı ilə səhər saat 10:00-da 0.9911 ticarət edilirdi. Bu səviyyəyə isə günün erkən saatlarında ticarət olunduğu dib səviyyələrdən 0.9881-dən yüksəlmişdi.

Həmçinin Britaniya funt sterlinqi dollar qarşısında 1.1498-ə ticarət edilib. Bu gün Böyük Britaniya özünün növbəti Baş nazirinin kim olacağını müəyyən edəcək. Bildirilir ki, yeni Baş nazir enerji qiymətlərinin yüksəlməsindən dolayı yaşayış xərclərinin artmasının yaratmış olduğu nəticələr ilə mübarizə aparmalı olacaq. Avqustda sterlinq dollar qarşısında 4.5% aşağı enib, bu isə Brexit-dən (Böyük Britaniyanın Avropa Birliyindən ayrılması-red.) bu yana ən pis ay olub. Bir analitik isə deyib ki, funt sterlinqin qiyməti yeni dibi görəcək, bu isə siyasi və iqtisadi qeyri-müəyyənliyə görə olacaq. 2023-cü ilin ortalarında potensial olaraq 1.05 dollar ola bilər. 

Qeyd edək ki, cümə günü Rusiyanın dövlət şirkəti Qazprom-dan bildirmişdilər ki, Nord Stream 1-dən Avropaya təbii qaz axınını texniki problemlərdən dolayı dayandıracaqlar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.