Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az xəbər verir ki, hərrac 29 iyun 2020-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda  200 000 000 ( iki yüz milyon ) manat vəsaitin cəlb edilməsi planlaşdırılır. Hərrac məbləğinin maksimum 20% hissəsi artırıla biləndir.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 6.51% – 6.99% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır