Home » Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb

Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.630.743 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197.038 vahid təşkil edib.

2025-ci ilin yanvar – iyun aylarında 6.814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,9 faizi yerli investisiyalı, 11,1 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.