

Beynəlxalq plastik kart sxeması “Visa” korporasiyası Böyük Britaniya mərkəzli rəqəmsal ödəniş həlləri şirkəti “CloudPay” ilə tərəfdaşlıq çərçivəsində yeni layihəyə başlayıb. Tərəfdaşlıq nəticəsində yaradılması planlaşdırılan sistem vasitəsilə şirkətlər öz əməkdaşlarına əmək haqqı ödənişlərini 2-3 günlük müddətdə deyil, saniyələr içində həyata keçirə biləcəklər. “Visa Direct” platforması üzərindən həyata keçirilməsi düşünülən bu rəqəmsal ödəniş metodu prosesi saniyələr ərzində həyata keçirə biləcək.
Məlumat üçün qeyd edək ki, “CloudPay” hazırda “Standard and Poors Global”, “Refinitiv” daxil olmaqla, 1500-dən çox şirkətə təhlükəsiz ödəniş tranzaksiyaları üzrə həllər təqdim edir.
PRNewsWire