Home » “Visa” və “CloudPay” yeni tərəfdaşlıq layihəsinə start verib

“Visa” və “CloudPay” yeni tərəfdaşlıq layihəsinə start verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq plastik kart sxeması “Visa” korporasiyası Böyük Britaniya mərkəzli rəqəmsal ödəniş həlləri şirkəti “CloudPay” ilə tərəfdaşlıq çərçivəsində yeni layihəyə başlayıb. Tərəfdaşlıq nəticəsində yaradılması planlaşdırılan sistem vasitəsilə şirkətlər öz əməkdaşlarına əmək haqqı ödənişlərini 2-3 günlük müddətdə deyil, saniyələr içində həyata keçirə biləcəklər. “Visa Direct” platforması üzərindən həyata keçirilməsi düşünülən bu rəqəmsal ödəniş metodu prosesi saniyələr ərzində həyata keçirə biləcək.

Məlumat üçün qeyd edək ki, “CloudPay” hazırda “Standard and Poors Global”, “Refinitiv” daxil olmaqla, 1500-dən çox şirkətə təhlükəsiz ödəniş tranzaksiyaları üzrə həllər təqdim edir.

PRNewsWire

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.