Home » Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

by anar
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

V. Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək iqtisadi, ticarət və investisiya əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə qonaqlara məlumat verib. Eyni zamanda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) icrasına İİTKM-in töhfəsi ilə bağlı potensial layihə təkliflərini təqdim edib.

İİTKM-in icraçı direktoru bildirib ki, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. 2024-cü ilin ilk beş ayında isə bu göstərici 70 milyon dollara çatıb. Bu rəqəmləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilməsi zəruridir. Vüsal Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdırıb. O həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış Memorandumu xatırladaraq həmin sənəd çərçivəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.

Özbək nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib və bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təcrübələrin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya və strateji tərəfdaşlıqlar sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra İİTKM-in proqram idarəetməsi modulları, o cümlədən azranking.az, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar olub.

“Azexport.az”ın rəhbəri Ayxan Qədəşov portalın imkanları, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması ilə bağlı görülən tədbirlər barədə məlumat verib. İİTKM-in digər innovativ layihələri  olan Rəqəmsal Ticarət Qovşağı,  “EnterpriseAzerbaijan” portalı ilə bağlı “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe, “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva, həmçinin İİTKM-in əməkdaşları Günay Quliyeva və Səbinə Cumazadə təqdimatlarla çıxış ediblər.

Tərəflər ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün gələcək addımlar barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.