Home » Vüsal Qasımlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib

Vüsal Qasımlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüş zamanı V.Qasımlı iki qardaş ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji və mədəni sahədəki əlaqələrinin daima yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.

  Müzakirələrdə bildirilib ki, Azərbaycan və Türkiyənin birlikdə gerçəkləşdirdikləri meqalayihələr regionun geoiqtisadi şəkillənməsində, habelə bölgədə iqtisadi təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır. İcraçı direktor Azərbaycanda 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini vurğulayıb. Onun sözlərinə görə, makroiqtisadi vəziyyətin sabitliyi təmin olunub, inflyasiya cəmi 2,6 faiz təşkil edib.

   Bundan başqa 2019-cu ildə bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb, Türkiyə ilə ticarət dövriyyəsi isə 4,5 milyard dollara çatıb. Azərbaycanın ixracının 15 faizi, idxalının isə 12 faizi Türkiyənin payına düşüb. Azərbaycanın və Türkiyənin sabit inkişafı ölkələrimizin qarşılıqlı sərmayə qoyuluşu, ticarət dövriyyəsinin artması, habelə birgə layihələrinin gerçəkləşdirilməsi üçün əlavə imkanlar açır.

  Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də Türkiyə səfirinə ətraflı məlumat verib. Bildirib ki, İİTKM-in güclü analitik aparatı və monitorinq institutu birlikdə islahatların “həyat tsikli” boyunca öz töhfəsini verir. İqtisadi islahatların idarəedilməsi üçün Azranking.az və Monitoring.az kimi rəqəmsal və innovativ platformalardan istifadə olunur.

  Səfir Erkan Özorala innovativ iqtisadi inkişafı dəstəkləyən Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan, Azexport və Azerp.az layihələri barədə məlumatlar təqdim olunub. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral öz növbəsində ölkələr arasında əlaqələrin daha da inkişafı üçün mümkün layihələrə dəstək olacağını bildirib.

Səfir həmçinin “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada sahibkarlara göstərilən xidmətlər barədə E.Özorala məlumat verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.