Home » Xalq Bank müştərilərinə illik 10,5%-dək gəlir əldə etmək imkanı yaradır

Xalq Bank müştərilərinə illik 10,5%-dək gəlir əldə etmək imkanı yaradır

by Zeyneb
0 comments 2 views 2 minutes read

Xalq Bank çeşidli əmanət məhsulları ilə müştərilərinə sərbəst vəsaitlərini etibarlı şəkildə yerləşdirmək və gəlir əldə etmək imkanı yaradır. Müştərilər seçdikləri əmanət növünün şərtlərinə uyğun olaraq illik 10,5%-dək gəlir əldə edə bilərlər. Faizlərin ödənilməsi isə məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.

Rəqəmsal əmanət növündə Xalq Bank müştəriləri bank filialına müraciət etmədən XalqOnline tətbiqi vasitəsilə əmanət yerləşdirə bilərlər.

3 ay 6 ay 9 ay 12 ay 18 ay 24 ay
Aylıq Müddət sonu Aylıq Müddət sonu Aylıq Müddət sonu Aylıq Müddət sonu Aylıq Müddət sonu Aylıq Müddət sonu
Rəqəmsal əmanət

(AZN valyutasında)

7% 8% 8% 9% 9% 9.5% 10% 10.5% 10% 10.5% 10% 10.5%

 

Müddətli” əmanəti– AZN valyutasında illik 10.5%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR

Proqress” əmanəti – AZN valyutasında illik 10%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR. Depozit məbləğinin artırılması imkanı mövcuddur.

VIP-Rantye”- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı və gəlirli saxlanmasını təmin edir. AZN valyutasında illik 9%-dək, minimal məbləğ – 100 000 AZN/USD/EUR

Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə əlavə gəlir təklif edir. AZN valyutasında illik 10.25%-dək, minimal məbləğ – 100 AZN/USD/EUR

Həmçinin ABŞ dollarında yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 2,5%-dək təşkil edir.

Xatırladaq ki, hazırda Xalq Bank tərəfindən keçirilən stimullaşdırıcı “Əmanət” lotereyası davam edir. İştirakçıları əsas uduş olan 2 ədəd 50 000 AZN daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Qeyd edək ki, lotereyanın birinci tirajı uğurla yekunlaşmış və qaliblər müəyyən edilmişdir. 12 oktyabrda baş tutacaq 2-ci tirajda 15 ədəd 5 000 AZN, 25 ədəd 1 000 AZN və 35 ədəd 500 AZN məbləğində pul mükafatlarının qalibləri müəyyən ediləcək.

Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.