Home » Xalq Bankdan sahibkar və hüquqi şəxslərə Mastercard Business kartı hədiyyə!

Xalq Bankdan sahibkar və hüquqi şəxslərə Mastercard Business kartı hədiyyə!

by anar
0 comments 2 views 1 minutes read

Xalq Bank fərdi sahibkar və hüquqi şəxs müştəriləri üçün yeni kampaniyaya start verir. 31 iyuladək davam edəcək kampaniya müddəti ərzində müştərilər Xalq Bankın təqdim etdiyi Mastercard Business ödəniş kartını pulsuz əldə edə biləcəklər. Mastercard Business kartı özündə həm nağd, həm nağdsız ödəniş imkanlarını birləşdirməklə sahibkarların əvəzedilməz biznes alətidir. Bu kart vasitəsilə ezamiyyət, kommunal, gömrük və digər ödənişləri həyata keçirmək mümkündür. Eyni zamanda, Mastercard Business kartı onlayn alışlarda və dünyanın istənilən nöqtəsində ödənişlərdə rahatlıqla və təhlükəsiz qaydada istifadə oluna bilər.

Kart üzrə əməliyyatlara nəzarət və müxtəlif əməliyyat limitlərinin tənzimlənməsini isə müasir və funskional XalqOnline mobil və internet bankçılıq sistemi vasitəsilə həyata keçirmək mümkündür.

Kampaniya çərçivəsində sahibkarlar AZN, USD, EUR, GBP valyutalarında Mastercard Business kartını pulsuz əldə edə bilərlər. Kartı Xalq Bankın filiallarında, və ya XalqOnline kabineti üzərindən onlayn sifariş etmək olar. Ətraflı məlumat üçün: https://www.xalqbank.az/az/korporativ/kampaniyalar/xalq-bankdan-sahibkar-ve-huquqi-sexslere-mastercard-business-karti-hediyye-az

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.