Home » Xam neft qiyməti 380 dollara qədər qalxa bilər – PROQNOZ

Xam neft qiyməti 380 dollara qədər qalxa bilər – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq bazarda xam neft qiymətləri rekord səviyyədə yüksələrək 380 dolları ötə bilər. Bu barədə, Rusiyanın neft-qaz sektorunun ikinci ən böyük iştirakçısı “PJSC Lukoil Oil Co” son olaraq tərtib etdiyi “Global Energy Perspectives to 2050” hesabatında proqnozlaşdırıb.

Azərbaycanlı biznesmen Vahid Ələkbərovun idarəçiliyində olan “Lukoil” şirkətinin hesabatında üç fərqli ssenari əsasında xam neft qiymətlərinin gələcək perspektivləri araşdırılıb. Əsasən iqlim dəyişikliyi ilə əlaqələndirilən bu ssenarilər “transformation”, “equilibrium” və “evolution” adlandırılıb.

“Evolution” nəzəriyyəsinə əsasən, neft-qaz şirkətləri hazırda mövcud olan texnologiyalar və qanunvericilik çərçivəsində fəaliyyətini davam etdirsələr, 2050-ci ildə xam neftin barel qiymətləri 128 dollar səviyyəsində dövr edəcək. “Equilibrium” ssenarisinə görə, şirkətlər hasilat ilə karbon qazı emissiyası arasında balanslaşdırılmış “ekvilibrium” nöqtəsinə çatacaqlar və bu halda 2050-ci ilədək xam neftin barel qiyməti 197 dollara çatacaq. Son olaraq, “transformation” ssenarisi gerçəkləşdirildiyi halda, şirkətlər “karbon neytrallığı” ilə sıfır emissiyaya nail olmaq üçün hasilat prosesində radikal restruktrizasiyaya gedəcək. Belə olduğu halda isə, ümumi hasilat azalacağı səbəbilə 2050-ci ilədək xam neftin bir barelinin qiymətinin 380 dolları ötüb keçəcəyi proqnozlaşdırılıb.

“Global Energy Perspectives to 2050” hesabatı “Lukoil” şirkətinin vitse-prezidenti Leonid Fedun tərəfindən Moskva şəhərində ictimaiyyətə təqdim edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.