Home » Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti!

Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti!

by anar
0 comments 1 views 1 minutes read

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb. Kampaniya müddətində ABB-də “DigiHesab Max” hesabı açan qadınlar hesabdakı qalıq vəsaitə 30 gün ərzində illik 8% qazanc əldə edəcəklər. Belə ki, illik 6%-lik standart faiz qazancı ilə yanaşı, illik 2% ilə də əlavə keşbek hesablanacaq.

Bu fürsətdən yararlanmaq üçün hər bir qadın müştərinin 5 mart – 4 aprel tarixləri aralığında ABB mobile tətbiqində “DigiHesab Max” hesabı açması yetərlidir. İllik 2% keşbek hesab açıldıqdan sonra 30 təqvim günü ərzində və hər günün sonunda balansdakı qalıq vəsaitə əsasən hesablanacaq. Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək.

Kampaniya müddətində bir neçə “DigiHesab Max” hesabı açmış müştərilərin yalnız ilk hesabına keşbek veriləcək. İlk hesab açılan tarixdə 2 və daha çox hesab açılarsa, hər bir hesab üzrə faydalı keşbek hesablanacaq.

“DigiHesab Max” ABB-nin müştərilərə əlavə faydalar yaradan yeni məhsullarındandır. Bu hesab tam rəqəmsal təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır.

Qalığa faiz hesabdakı minimum 200 manatdan maksimum 500 min manatadək olan vəsaitlərə hesablanır. Bu, yalnız manat valyutalı hesablara aiddir. “DigiHesab Max”a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.