Home » Xarici valyutanı ölkəyə qaytarmayanlara tətbiq edilən cərimə azaldılır

Xarici valyutanı ölkəyə qaytarmayanlara tətbiq edilən cərimə azaldılır

by yunus
0 comments 0 views 1 minutes read

Xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş xarici valyuta vəsaitlərinin Azərbaycana qaytarılmamasına görə tətbiq edilən inzibati cərimələrin məbləği dəyişdirilir və müəyyən hallarda məsuliyyətdən azadolma tətbiq olunacaq.

BBN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarındakı hesablara məcburi qaydada köçürülməli olan valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər həmin vəsaitin 10%-dən 20%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcək.

Bununla yanaşı, yeni qaydada məsuliyyətdən azadolma imkanı da yaradılır. Belə ki, inzibati xəta ilə bağlı məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək xaricdən qaytarılmalı olan valyuta vəsaitləri ölkəyə qaytarılarsa, şəxs inzibati məsuliyyətdən azad ediləcək.

Əvvəlki qaydalara əsasən isə yalnız “az miqdarda” xarici valyuta vəsaitlərinin qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulurdu. Bu halda cərimənin məbləği qaytarılmayan valyutanın dəyərinin 30%-dən 50%-dək hissəsini təşkil edirdi.

Qeyd edək ki, əvvəlki qanunvericilikdə 20 min manatadək məbləğ “az miqdarda” hesab olunurdu. Yeni dəyişikliklə isə bu ifadə qanunun müvafiq normasından çıxarılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.