Home » Xüsusi tənzimləmə rejimi ilə bağlı təqdimat keçirilib – Foto

Xüsusi tənzimləmə rejimi ilə bağlı təqdimat keçirilib – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bank tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejimi və onun yaradacağı imkanlar barədə dövlət qurumları və maliyyə bazarlarının subyektlərinin iştirakı ilə təqdimat keçirilib.

Təqdimat zamanı xüsusi tənzimləmə rejiminin məqsədi, müraciətlərin qiymətləndirilməsi meyarları və sınaq prosesi ilə bağlı ətraflı məlumatlar təqdim olunaraq bu istiqamətdə geniş müzakirələr aparılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov xüsusi tənzimləmə rejiminin maliyyə xidmətlərinin rəqəmsallaşdırılması prosesində əhəmiyyətli rolunu qeyd edərək bildirib: “Mərkəzi Bank xüsusi tənzimləmə rejimi vasitəsilə istifadəçilər üçün daha təhlükəsiz və əlçatan rəqəmsal maliyyə məhsullarının yaradılmasına, beləliklə də maliyyə inklüzivliyinin genişləndirilməsinə təkan verməyi hədəfləyir”.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə ehtiva edən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub. Həmçinin bu sahədə tənzimləmə çərçivəsinin yaradılması da hədəflənib.

Qeyd edək ki, xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu 1 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək davam edəcəkdir.

“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları sandbox.cbar.az internet səhifəsi vasitəsilə və ya yazılı şəkildə Mərkəzi Banka təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə sandbox@cbar.az ünvanına müraciət etməyiniz xahiş olunur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.