Home » Qarabağ Regional DOST Mərkəzində ictimai dinləmə keçirilib

Qarabağ Regional DOST Mərkəzində ictimai dinləmə keçirilib

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Qarabağ Regional DOST Mərkəzində “DOST xidmətlərinin keyfiyyətinin daha da artırılması və vətəndaşların təklif və iradlarının dinlənilməsi” mövzusunda ictimai dinləmə keçirilib.

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin mütəxəssis və ekspertlər iştirak edib.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev tədbir iştirakçılarına DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Qeyd olunub ki, indiyədək 2,5 milyondan çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən yüksəkdir. Agentliyin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu diqqətə çatdırılıb.

Daha sonra “DOST xidmətlərinin keyfiyyətinin daha da artırılması və vətəndaşların təklif və iradlarının dinlənilməsi” mövzusunda müzakirələr aparılıb. Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlər səsləndirib, mövcud vəziyyəti qiymətləndirib və yeni təkliflər veriblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.