
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 116,32 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, neft-qaz sektorunda əlavə dəyər 1,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2% artıb.
ÜDM-in sektorlar üzrə payı belədir:
-
34% – sənaye,
-
10,6% – ticarət və nəqliyyat vasitələrinin təmiri,
-
7,2% – nəqliyyat və anbar təsərrüfatı,
-
6,5% – tikinti,
-
6,4% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
-
2,8% – turizm və ictimai iaşə,
-
1,9% – informasiya və rabitə,
-
21,1% – digər sahələr.
Məhsul və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manat olub.





