Home » «Yapı Kredi Bank Azərbaycan» QSC-nin 2021-ci ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri açıqlandı

«Yapı Kredi Bank Azərbaycan» QSC-nin 2021-ci ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri açıqlandı

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2021-ci ilin ikinci rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı  ötən dövrlə müqayisədə artaraq 82.2 milyon manata çatıb.

Bankın müştərilərə verdiyi kredit həcmi ötən ilin sonu ilə müqayisədə 10% artaraq, 163.6 milyon manata çatmışdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, Bank özəl sektorun dəstəklənməsi istiqamətində göstərdiyi fəaliyyətini davam etdirərək, verilən biznes kreditlərini 13% artırmışdır. Biznes kreditlərinin müəyyən hissəsi işğaldan azad olunan torpaqlarda hazırda davam edən yenidənqurma işlərində çalışan şirkətlərə verilmişdir.

Həmçinin, daşınmaz əmlak kreditlərində 15% artım qeydə alınmışdır. Müştərilərə verilən kreditlərin ümumi həcmində qeydə alınan bu artımla yanaşı, bank verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə ehtimal edilən mümkün zərərlər üçün yaradılan ehtiyatlar üçün 40.5 milyon manat ayırmışdır.

Bankın cari ilin ilk 6 ayı ərzində xalis faiz gəliri 11.2  milyon manat olmuşdur.  Həmçinin, I dərəcəli kapitalının, məcmu kapitalın adekvatlıq əmsalında və leverec əmsalında ötən ilin müvafiq dövri ilə müqayisədə artım müşahidə olunmuşdur. Belə ki, I dərəcəli kapitalın  adekvatlıq əmsalı artaraq 41.23%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 42.19%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 21% təşkil etmişdir. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

2021-ci ilin ikinci rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 74 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.