Yaponiya Mərkəzi Bankı (Bank of Japan) 2023-cü ilin sonuna doğru uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, dekabrın 18-də bankın açıqlanmasına əsasən, həm dünyanın, həm də ölkənin iqtisadiyyatında yüksək qeyri-müəyyənliyin olmasından dolayı uçot faiz dərəcəsi -01-də saxlanılıb.
Bankın bu gün açıqlanan məlumatında isə qeyd edilib ki, tənzimləyici monetar siyasəti yumşaltmağa çalışsa da iqtisadi aktivliyin inkişafı, qiymətlər, həmçinin ümumilikdə maliyyə vəziyyətini nəzərə almaqla qərarlar qəbul edir.
Qeyd edək ki, uçot faiz dərəcəsi ilə bağlı qərardan sonra ölkənin pul vahidi Yapon yeni dollara nisbətdə zəifləyib və 143.5 şəklində ticarət edilib. Həmçinin Nikkei 225 səhm indeksi isə 1% bahalaşma nümayiş etdirib, qiymətli kağızlar bazarında isə dəyişiklik müşahidə edilməyib.