
Yaponiyadan gələn son məlumatlar iqtisadiyyatda ciddi canlanmanın xəbərçisidir. Aprel ayında ölkədə real əmək haqları 1.9% artaraq son 34 ilin ən yaxşı göstəricisini yeniləyib. Görünür, “artan maaşlar” dövrü rəsmi olaraq başlayıb! Hazırda Yaponiyada nominal əmək haqları 3.5% artıb. Bu, 2024-cü ilin dekabrından bəri ən sürətli artım tempidir və ardıcıl üçüncü aydır ki, 3%-lik psixoloji həddi keçib. Əmək haqqı artımına əsas təkan verən amillərdən biri birdəfəlik bonusların 7.4% artması olub. Bu da yapon ailələrinin alıcılıq qabiliyyətini ciddi şəkildə dəstəkləyib. Qeyd edək ki, Yaponiyada ev təsərrüfatlarının xərcləri gözləniləndən daha az azalıb. İqtisadçılar bunu müsbət qarşılayır, çünki bu, inflyasiya risklərinin fonunda iqtisadi dayanıqlılığın göstəricisidir. Yaponiyada maaşların və istehlakın artması Yaponiya Bankının (BOJ) daha rahat addım atmasına şərait yaradır. İnflyasiya təzyiqləri və Yaxın Şərqdəki gərginlik fonunda yüksələn enerji qiymətləri, Mərkəzi Bankın bu ayın sonlarında faiz dərəcələrini artırmaq ehtimalını daha da gücləndirir. Maraqlıdır, Yaponiya “deflyasiya kabusunu” tamamilə arxada qoyur, yoxsa bu artım sadəcə müvəqqəti bonusdur? Bazarlar BOJ-un atacağı növbəti “faiz” addımını gözləyir!




