
Yaxın aylarda Avrozonada iqtisadi tənəzzülün olacağı gözlənilir, lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, bu dayaz olmayacaq.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, 19 üzvün daxil olduğu Avrozonada avro fevralda Rusiyanın Ukraynaya hücumundan bəri ciddi təzyiq altındadır.
Bu ayın əvvəlində isə Berenberg-də baş iqtisadçı çalışan Holger Schmieding bildirmişdi ki, istehlakçı inamı çox pis səviyyəyə enib, ona görə də iqtisadi tənəzzülün dayaz olacağı gözlənilmir. Avropa Komissiyasının data-sı göstərib ki, Aİ-də istehlakçı inamı sentyabrda rekord aşağı səviyyəyə enib.





