Home » Yelo Bank əməkdaşları üçün intellektual yarış keçirilib

Yelo Bank əməkdaşları üçün intellektual yarış keçirilib

by anar
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Qısa zaman ərzində suallara cavab tapmağı sevən Bank əməkdaşları bu dəfə bacarıqlarını intellektual oyunda nümayiş etdiriblər. “Yeloqika Pro” adlanan yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Həyəcanverici oyunda 150-ə yaxın iştirakçı, 24 komandanın heyətində mübarizə aparıb. 3 tur və 36 sualdan ibarət yarışda əməkdaşlar öz bilik və intellektual bacarıqlarına əsasən güclərini sınayıblar. Gərgin zəka mübarizəsindən sonra ən çox suala düzgün cavab verən “Marketinq” komandası yarışı qələbə ilə bitirib. İlk üç yerin sahiblərinə kubok, medallar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Yelo Bank əməkdaşlarının asudə vaxtlarını əyləncəli və səmərəli keçirmələri üçün müxtəlif layihələrə imza atır. Bir müddət əvvəl isə Bankda daxili futbol çempionatı, istedadlar müsabiqəsi və müxtəlif komanda quruculuğu tədbirləri həyata keçirilmişdi.

Yelo Bank bundan sonra da əməkdaşlarına pozitiv iş mühiti yaratmaq üçün faydalı və maraqlı layihələr həyata keçirməyə davam edəcək. Əgər siz də Yelo komandasının bir üzvü olub, parlaq karyera qurmaq arzusundasınızsa, Bankdakı vakansiyalara göz gəzdirin: bit.ly/bank-vakansiya

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.