Home » Yelo Bank-ın təşkil etdiyi yay təlim proqramı başa çatdı

Yelo Bank-ın təşkil etdiyi yay təlim proqramı başa çatdı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bankçılıq sahəsində karyera qurmaq istəyən tələbə və məzunlar üçün nəzərdə tutulmuş Yelo Summer Challenge 2022 proqramı uğurla yekunlaşıb. Yelo Bank-ın təşkil etdiyi və 2 aya yaxın davam edən proqramın qapanış tədbirində iştirakçılar tövsiyə məktubu və sertifikatlar ilə təltif olunublar.

Artıq 2-ci ildir keçirilən Yelo Summer Challenge proqramı elan edildiyi gündən böyük maraqla qarşılandı. Yüzlərlə müraciətlər arasından müsahibələr vasitəsilə 32 nəfər seçildi. İştirakçıların maraq və biliklərinə əsaslanaraq uyğun departamentlərə yönləndirildi. Proqram müddəti ərzində onlar korporativ mühitdə komanda işi ilə tanış olub, yüksək dərəcədə ixtisaslı və təcrübəli kollektivlə birlikdə müxtəlif layihələrdə çalışıblar. 

Bank tərəfindən ona verilmiş imkanı ən yaxşı şəkildə dəyərləndirərək işi və yanaşması ilə fərqlənən iştirakçılar gələcəkdəYelo ailəsinə qoşula bilər. Qeyd edək ki, Yelo Bank təcrübəsiz, lakin potensiallı gənclərə karyera şansı vermək ənənəsinə sadiq qalaraq müxtəlif dəstək layihələrini həyata keçirməyə davam edəcək.

Bank xidmətləri, o cümlədən, o cümlədən ipoteka haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.