Yelo Bankdan həssas əhali qruplarına ərzaq dəstəyi

Pandemiya dövründə əhalinin həssas qrupları ilə bağlı sosial dəstək aksiyalarına Yelo Bank da qoşulub. 

Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlı və tənha əlilliyi olan şəxslərə, aztəminatı ailələrə ərzaq dəstəyi göstərib.

Yelo Bank tərəfindən ümumilikdə 500-ə yaxın ərzaq payları həmin həssas qruplara təqdim olunub. 
Belə sosial aksiyalar həssas qruplardan olan insanlara diqqət və qayğının təzahürü olmaqla, cəmiyyətimizdə sosial həmrəyliyə, xeyirxahlıq ənənələrinin davam etməsinə mühüm dəstəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır