Home » Yelo komandası əmək yarmarkasında iştirak edib

Yelo komandası əmək yarmarkasında iştirak edib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən olan gənclər və onlara dəstək məqsədli təşəbbüsləri davam edir. Bu dəfə Bankın işəqəbul komandası Suraxanı Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında iştirak edib. Burada iştirakçılar Yelo Bank-da mövcud vakansiyalar, təcrübə proqramları ilə tanış olub, öz CV-lərini yerində təqdim etmək, karyera perspektivlərini müzakirə etmək imkanı qazanıblar.

Qeyd edək ki, Yelo Bank ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, karyera tədbirlərində fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera yönümlü layihələr təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Yelo-da işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, “Yelo Team” sosial media hesablarını izləyə bilərsiniz.

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.