Home » Yeni həftə neftin qiymətinin artması ilə başlayıb – Artımın səbəbi açıqlanıb

Yeni həftə neftin qiymətinin artması ilə başlayıb – Artımın səbəbi açıqlanıb

by yunus
0 comment 0 views 1 minutes read

Brent xam nefti yeddi həftəlik enişdən sonra bir barrel üçün 76 dollardan yuxarı satılır, ABŞ xam nefti isə 71 dolları ötüb. ABŞ-ın strateji neft ehtiyatlarını bərpa etmək planları, xam neftin cümə günü altı günlük itki seriyasına son qoymasına kömək edib.

BBN.az xəbər verir ki, IG strateqi Yeap Jun Rong  “Çinin tələbi ilə bağlı narahatlıqlar səbəbindən yeni həftədə qazanclar hələ də məhduddur. Mövcud qiymət səviyyəsi ABŞ-ın Strateji Neft Ehtiyatları stokunu müəyyən qədər artırılmasına səbəb ola bilər bununla belə, bunun neft qiymətləri üçün “real” dibini göstərib-göstərmədiyi hələ məlum deyil”, – deyə bildirib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin, Neft İxrac Edən Ölkələr Təşkilatının və ABŞ Energetika Nazirliyinin bu həftəki aylıq hesabatlarının tələb və təklifin əsaslarına aydınlıq gətirəcəyi gözlənilir. İnvestorlar FED-in ilin yekun faiz qərarını da izləyəcəklər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.