Home » Yüksək qiymətlərə görə Amerikanın varlıları da Walmart-a üz tutur

Yüksək qiymətlərə görə Amerikanın varlıları da Walmart-a üz tutur

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Demək olar ki, heç kimin inflyasiyaya qarşı immunu yoxdur, xüsusilə istehlakçı qiymətləri son 40 ilin ən yüksək səviyyəsindədir. Hətta Amerikanın ən varlı ailələri də özlərini təzyiq altında hiss edirlər.

BBN.az NBC News saytına istinadən yazır ki, bu qrup amerikalılar yüksək qiymətlərdən dolayı indi daha etibarlı yer axtarırlar, bu isə Amerikanın ən böyük, dəyərli variantı kimi Walmart-dır.

Riteyl nəhənginin Baş maliyyə rəhbəri David Rainey çərşənbə axşamı CNBC-yə deyib ki, aşağı qiymətlərdən dolayı orta və yüksək gəlirliliyi olan şəxslər bura üz tuturlar. 

Rainey təxmin edir ki, Walmart-ın ərzaq bazarındakı qazancının təxminən ¾-ü illik gəlirləri 100.000 dollar və ya daha çox olan müştərilərdən gəlir.

“Buradan aydın görünür ki, onlar benzin, ərzaq və evlərin qiymətinin yüksək olmasından stress keçirirlər”, – deyə Rainey əlavə edib.

Baş maliyyə rəhbərinin sözlərinə, əsasən alıcılar keyfiyyət və kəmiyyət məsələsində də daha ayıq olublar, ət əvəzinə, məsələn daha kiçik qablaşdırmada məhsul alırlar, konservləşdirilmiş tuna balığı, paxlalı ərzaqlar və s. O, deyib ki, onlar getdikcə debetdən daha çox kreditdən istifadə edirlər. 

Bu gün benzinin orta milli qiyməti 1 qallona görə 4 dollardan aşağı düşsə də, ərzağın qiymətləri yüksəlməyə davam edir. Məsələn, iyulda supermarketlərdəki qiymətlər (ABŞ-da) 13.1% yüksəlib-bu isə 1979-cu ildən bəri ən yüksək aylıq artımdır. 

Walmart-dan əlavə edirlər ki, onlar ərzaq ilə yanaşı, geyim və elektronik məhsulların satışı ilə bağlı da yeni təcrübələr (satışlarda endirimlərin edilməsi-red.) həyata keçirməyə çalışırlar. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.