Home » “Yüksəliş” Müsabiqəsinin qalibləri Bakı Fond Birjasına ziyarət ediblər

“Yüksəliş” Müsabiqəsinin qalibləri Bakı Fond Birjasına ziyarət ediblər

by Zeyneb
0 comments 0 views 1 minutes read

9 iyul 2025-ci il tarixində dördüncü Yüksəliş Müsabiqəsinin qalibləri İsmayıl Hüseynov və Sənan Mustafayev Bakı Fond Birjasına tanışlıq xarakterli ziyarət ediblər. Ziyarət Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri cənab Taleh Kazımovun Mentorluq Proqramı çərçivəsində baş tutub.

Ziyarətin məqsədi qaliblərin ölkənin maliyyə bazarlarının əsas institutlarından biri olan Bakı Fond Birjasının fəaliyyəti ilə yaxından tanış olmaları, korporativ idarəetmə, kapital bazarları və birja haqqında praktiki biliklər əldə etmələri olmuşdur. Görüş zamanı BFB-nin rəhbər heyəti tərəfindən qonaqlara birjanın əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, strateji təşəbbüslər və gələcəyə dair planlar barədə geniş təqdimat təqdim olunub. Həmçinin BFB tərəfindən maliyyə bazarlarının dərinləşdirilməsi, investorların maarifləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər də xüsusi vurğulanıb.

Təqdimatdan sonra qonaqlar BFB-nin müxtəlif struktur bölmələrinin əməkdaşları ilə tanış olub, onların gündəlik iş fəaliyyəti, vəzifə öhdəlikləri və layihələr üzərində iş prosesi barədə birbaşa məlumat alıblar. Bu interaktiv görüşlər zamanı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda Yüksəliş müsabiqəsinin qalibləri Bakı Fond Birjasının İdarə Heyətinin sədri cənab Ruslan Xəlilovla görüşüblər. Görüş zamanı rəhbərlik səviyyəsində fikir mübadiləsi aparılıb, şəxsi və peşəkar inkişafla bağlı tövsiyələr paylaşılıb və qaliblərə maliyyə bazarlarının strateji əhəmiyyəti barədə vacib mesajlar çatdırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.