Home » Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda əlilliyi olan şəxslərin ictimai həyatın müxtəlif sferalarına inteqrasiyasını dəstəkləmək, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərin məlumatlandırma sayəsində aradan qaldırılmasına töhfə vermək məqsədilə yerli icmalar üçün maarifləndirici təlimlərə başlanıb.

Təlimlər BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunur. Salyan və Masallı rayonlarında başlayan, bu rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq təlimlər bu şəhər və rayonlar üzrə 2000-dək əlilliyi olan şəxsi əhatə edəcək.

İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxsləri, və digər icma üzvlərini, yerli məşğulluq xidməti nümayəndələrini və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir. Təlimlər zamanı praktik məşğələlər, rol oyunları, uğur hekayələri və digər interaktiv metodikaların tətbiqi təlim materiallarının dərindən mənimsənilməsinə şərait yaradır.

Təlimlər layihənin tərəfdaşları olan “Müstəqil Həyat Tərzi” Əlilliyi olan İnsanlara Dəstək İctimai Birliyinin, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir. 2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.