Home » İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

by yunus
0 comments 0 views 1 minutes read

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyət göstərdiyi 2006–2025-ci illər ərzində hər ili mənfəətlə başa vurub.

BBN.az xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev açıqlayıb.

Onun sözlərinə görə, qurum 20 illik fəaliyyəti ərzində ümumilikdə 201 milyon manat mənfəət əldə edib.

Bildirilib ki, 2026-cı il iyulun 1-nə İKZF-nin aktivlərinin ümumi həcmi 4,2 milyard manata çatıb. Bu məbləğin 1,4 milyard manatını Fondun məcmu kapitalı təşkil edib.

Rasim Abdullayev qeyd edib ki, məcmu kapitalın aktivlərə nisbəti 30% səviyyəsindədir. Bu göstərici Fondun yüksək kapitallaşma səviyyəsinə malik olduğunu göstərir.

Fond rəsmisi həmçinin bildirib ki, İKZF-nin bütün fəaliyyət istiqamətlərində beynəlxalq təcrübə əsasında formalaşdırılmış vahid və təkmil standartlar tətbiq olunur.

Onun sözlərinə görə, hazırda Fondun dövriyyədə olan istiqrazlarının ümumi dəyəri 2,7 milyard manat təşkil edir.

“2009-cu ildən bu günədək 1,2 milyard manat həcmində istiqrazlar üzrə öhdəliklər icra edilib. İstiqraz sahiblərinə ödənilən faizlərin ümumi məbləği isə 389,4 milyon manat olub”, – deyə Rasim Abdullayev bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.