

Yaşam xərclərinin yüksəlməsi və bundan dolayı müştərilərin büdcələrinə qənaət etməsi fonunda Apple şirkətinin satışları 2022-ci ilin sonunda kəskin enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, dekabrda başa çatan 3 ayda iPhone satışları 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% enib. Bu isə 2019-cu ildən bu yana ilk dəfə ən böyük azalma hesab edilir və nəticələr gözləntilərdən də olduqca pis olub.
Bu yeni hesabat isə o vaxt gəlib ki, bir çox firmalar kəskin iqtisadi azalmaların olacağının xəbərdarlığını ediblər, xüsusilə də texnologiya sektorunda. Bildirək ki, adıçəkilən sektor pandemiya zamanı özünün ən yaxşı dövrünü yaşayırdı. Apple şirkətinin rəhbəri Tim Cook isə bildirib ki, onlar çətin iqtisadi vəziyyəti idarə ediblər. Özünün populyar iPhone satışları 8%-dən çox, Mac kompüterlərinin satışları isə 29% enib. Satışlarda azalmalar isə şirkətin qazancına təsir edib, belə ki, 13% azalma müşahidə edilib və 30 milyard dollara, yaxud 24 milyard funt sterlinqə düşüb.
CEO satışlarda enməyə səbəb kimi Çində (iPhone-lar burada istehsal edilir) Covid-19-dan qaynaqlanan təchizat qıtlığı və güclü dollar, dünya ölkələrində iqtisadi zəiflik fonunda qiymətlərin yüksəlməsi, Ukraynada müharibə, panemiyanın uzunmüddətli təsirləri olub.