13
“PAŞA Bank” ASC-nin Şuşada regional filialı açılacaq.
Bunu “PAŞA Bank”ın Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov bankın altı ayın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, gələn il aprelin sonuna filialın inşaat işləri yekunlaşacaq. “Qarabağda ilk filial Şuşa şəhərindən fəaliyyətə başlayacaq. Eyni zamanda, Lənkəranda da filialımızın açılması planlaşdırılır”, – deyə baş direktor qeyd edib.