

2024-cü ilin maliyyə-bank sektoru ilə əlaqəli QISA İCMAL-ı təqdim edirik.
YANVAR
-09 yanvar – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilib.
-09 yanvar – “AZƏRBAYCAN MALİYYƏ FORUMU” çərçivəsində Forum iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul olunub.
-12 yanvar – Azərbaycan sahibkarları Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bəyanat qəbul edib.
-26 yanvar – “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul olunub.
-31 yanvar – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.
FEVRAL
-14 fevral – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minmişdir.
-16 fevral- “Azərsığorta”nın lisenziyası ləğv edilib
-21 fevral – tarixində təsdiq edilmiş Mərkəzi Bankın “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”na əsasən, ödəniş sistemi operatorunun minimum nizamnamə kapitalının miqdarı 1 000 000 manat məbləğində müəyyən edilmişdir.
Qaydanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56497
MART
-06 mart – “Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti yeni təyinat alıb. “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş şirkətin 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezident və regional menecer vəzifələrinə təyin edilib.
-28 mart – Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini azaldıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
APREL
-01 aprel – 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”na (sandbox rejimi) uyğun olaraq müraciətlərin qəbulu 1 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək həyata keçiriləcəkdir.
Bununla bağlı ayrıca internet səhifəsi istifadəyə verilmişdir:
-02 aprel – Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbulu dövrü elan olunub.
-03 aprel – tarixində Mərkəzi Bankın təsdiq etdiyi “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” qüvvəyə minmişdir.
Ətraflı şəkildə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56659
-18 aprel – Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycan bankçılıq missiyasının ABŞ-yə İLK işgüzar səfəri başlayıb.
MAY
-01 may – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
-01 may – “İpoteka haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam verilir.
-01 may – “Mülki Məcəllə”yə edilmiş dəyişikliyə əsasən zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək dayandırılır.
-04 may – 2024-cü il fevralın 19-da imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Milli Məclis tərəfindən təsdiq edilmişdir.
-15-16 may – Azərbaycan Banklar Assosiasiyası (ABA) VISA ilə əməkdaşlıq çərçivəsində FINTEX SAMMIT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirini təşkil edib.
-20 may – Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
-30 may – 30 may 2024-cü il tarixli Mərkəzi Bankın məlumatına əsasən, yeni “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” təsdiqlənmiş, habelə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydalar”ına dəyişikliklər edilmişdir.
Ətraflı şəkildə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56957
https://e-qanun.az/framework/56958
-31 may – Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirilib.
İYUN
-11 iyun – ABB səhmlərinə abunə yazılışı başlanılıb.
-21 iyun – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
İYUL
-01 iyul – 23 yanvar 2024-cü il tarixdə yeni Rəqabət Məcəlləsi dərc edilib və 01.07.2024-cü il tarixdən qüvvəyə minib. Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” AR Qanunları qüvvədən düşüb.
Rəqabət Məcəlləsinin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56187
-01 iyul – “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi göstəriciləri aşağıdakı şəkildə təsdiq edilib.
dövlət büdcəsinin gəlirləri 36 388 000,0 min manat (əvvəlki redaksiya üzrə 34 173 000 manat);
dövlət büdcəsinin xərcləri 39 742 300,0 min manat (əvvəlki redaksiya üzrə 36 763 000 manat);
dövlət büdcəsinin kəsiri 3 354 300,0 min manat (əvvəlki redaksiya üzrə 2 590 000,0 manat).
-11 iyul – 26 iyul 2024-cü il tarixli Mərkəzi Bankın məlumatına əsasən, iqlim dəyişmələri və ətraf mühit ilə əlaqəli digər amillərdən yaranan maliyyə riskləri maliyyə sabitliyi üçün əsas risklərdən biri hesab edildiyindən, ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiya edilməsi və bankların bu risklərə qarşı dayanıqlığının təmin edilməsi məqsədilə “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə Təlimat” təsdiq edilib.
-24 iyul – “Naxçıvanbank” ASC-nin bank lisenziyası ləğv edilib və “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilib.
– 30 iyul – Vergilər Qəzetində yayımlanan məlumata əsasən “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin törəməsi “Azərbaycan Bank Tədris Mərkəzi” (ABTM) Digər Kommersiya Təşkilatı adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib. Bundan sonra müəssisə “Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi” MMC kimi fəaliyyət göstərəcək.
-31 iyul – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
AVQUST
-15 avqust – Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb
SENTYABR
-12 sentyabr – Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib.
Ətraflı şəkildə aşağıdakı linkı keçid edərək tanış ola bilərsiniz: https://e-qanun.az/framework/58026
-18 sentyabr – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
OKTYABR
-18 oktyabr – Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirildi.
-22 oktyabr – Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.
-29 oktyabr – 29 oktyabr 2024-cü il tarixli Mərkəzi Bankın məlumatına əsasən, lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestri tərtib edilir ki, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan siyahıdan (https://www.cbar.az/page-853/electronic-money-institutions) rahat şəkildə yoxlanıla bilər.
Məlumatda lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə, Mərkəzi Bankın (https://contact.e-cbar.az/) məlumatlandırılması bildirilmiş, hətta bununla bağlı Mərkəzi Bank tərəfindən Təlimat təsdiqlənmişdir.
Təlimatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://uploads.cbar.az/assets/5c049ccc2c66fd57e4faf3296.pdf
NOYABR
-1 noyabr – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
-11 noyabr – Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb və beynəlxalq tədbir noyabr ayının 22-ə qədər davam edib. Eyni zamanda Azərbaycan maliyyə sektorunu təmsil edən banklar bir sıra yan tədbirlər təşkil ediblər.
-14 noyabr – Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev COP29 çərçivəsində AMB tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın bank icmasının 2030-cu ilədək ölkənin dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinə 2 milyard manat (1,2 milyard ABŞ dolları) vəsait ayıracağını bəyan edib.
-29 noyabr – AMB-nin rəsmi valyuta ehtiyatları 10 milyard 967.8 milyon ABŞ dolları təşkil etmişdir.
DEKABR
-03 dekabr – Mərkəzi Bankın “Pul siyasəti icmalı” yenilənmiş məzmunda ictimaiyyətin diqqətinə çatdırıldı.
-03-04 dekabr – Azərbaycan Banklar Assosiasiyasının (ABA) Mastercard şirkəti ilə əməkdaşlığı çərivəsində VII Beynəlxalq Bankçılıq Forumu keçirilib.
-12 dekabr Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir.
-18 dekabr – Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
-19 dekabr – Mərkəzi Bank “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi təsdiqlədi.
-20 dekabr – Mərkəzi Bank tərəfindən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” təsdiq edilib.
-26 dekabr – “Açıq bankçılıq” üzrə təsdiq olunan Tələblərə dair Mərkəzi Bank açıqlama dərc etdi.
Yeni Tələblər barədə daha ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/assets/1188c545eb180fc9e396d4bf0.pdf
-27 dekabr – Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqlədi.
2025-ci il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Qanunla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://azertag.az/store/manual/2024_12_27_676e444fb6edb.pdf