
2025-ci il ərzində Azərbaycanın dövlət istiqrazları üzrə ümumilikdə 5 milyard 76,6 milyon manat məbləğində borc ödənilib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərcləri çərçivəsində dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin icrası üçün 607 milyon manat vəsait istifadə olunub.
Orta müddət uzadılıb
Təkrar maliyyələşdirmə risklərinin azaldılması və dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə 3 ilə qədər dövriyyə müddəti olan istiqrazlar vaxtından əvvəl geri alınıb və daha uzunmüddətli istiqrazlarla əvəz edilib.
Həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xərclərinin azalmasına da nail olunub.





