Home » 2030-cu ilədək Azərbaycanda 512 MVt gücündə damüstü günəş panelləri quraşdırılacaq

2030-cu ilədək Azərbaycanda 512 MVt gücündə damüstü günəş panelləri quraşdırılacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda 2030-cu ilə qədər ümumi gücü 512 MVt olan damüstü günəş panellərinin istismara verilməsi planlaşdırılır.

Bu barədə Dünya Bankının enerji üzrə məsləhətçisi Teona Elizaraşvili Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, paylanmış bərpa olunan enerji (DER) sistemləri paylayıcı şəbəkəyə və ya daha aşağı səviyyələrə qoşulan, əsasən bərpa olunan mənbələrdən istifadə edən kiçik və orta həcmli enerji istehsalı obyektlərini əhatə edir.

T.Elizaraşvili bildirib ki, bu kateqoriyaya damüstü və yerüstü günəş fotovoltaik qurğuları, batareya enerji saxlanc sistemləri (BESS), elektromobillər üçün şarj infrastrukturu, eləcə də külək və su kimi digər bərpa olunan enerji mənbələri daxildir.

“Azərbaycanın enerji strategiyasına əsasən, damüstü günəş panellərinin payı ölkə üzrə müəyyən edilmiş 2 847 MVt-lıq hədəfin 18 %-ni təşkil edəcək. Bu isə o deməkdir ki, 2030-cu ilə qədər təxminən 512 MVt gücündə paylanmış günəş enerjisi layihələri birbaşa paylayıcı şəbəkələrə inteqrasiya olunmalıdır”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.