Home » Türkiyədə bank sektorunda işləyənlərin sayı azalıb

Türkiyədə bank sektorunda işləyənlərin sayı azalıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Türkiyə Respublikasında son illər bank sektoru üzrə statistikalara nəzər saldıqda, bankların ümumi sayında kiçik artım qeydə alınsa da, digər göstəricilərdə qismən də olsa azalma müşahidə etmək olar.

Türkiyə Bankalar Birliğinin (TBB) tərtib etdiyi periodik hesabata əsasən, sentyabr ayında Türkiyədə 34-ü kommersiya bankı olmaqla,ümumilikdə 55 bank fəaliyyət göstərir. 2017-ci ilin sentyabr ayında bu göstərici 51 səviyyəsində olub.

Digər tərəfdən isə, bankların filiallarının sayında azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin sonunda 9943 bank filialı mövcud ikən, sentyabr ayında bu göstərici 9863 səviyyəsinə enib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Türkiyədə 10 min 550 bank filialı mövcud idi.

Filialların sayında azalma bank sektorunda çalışan əməkdaşların sayına da təsir göstərib. Belə ki, 2017-ci ildə ümumilikdə bank sektorunda işləyən şəxslərin sayı 193 min 500 nəfərdən çox idi. 2020-ci ilin sonunda bu göstərici 186 min 613 nəfərə, cari ilin sentyabr ayında isə 184 min 694 nəfərə geriləyib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə bankçılıq sektorunun əməkdaşlarının 49.6%-ni kişilər, 50.4%-ini isə qadınlar təşkil edir. Təhsil səviyyəsinə nəzər saldıqda, əməkdaşların 14%-inin orta, qalan 86%-inin isə ali təhsil səviyyəsinə malik olduqlarını müşahidə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.