Böyük Britaniya mərkəzli maliyyə texnologiyaları şirkəti “Fintech Farm” 7.4 milyon dollar məbləğində yeni maliyyə dəstəyi əldə edib. Şirkətin həmtəsisçisi Dmitriy Dubilet əldə edilən bu maliyyə vəsaiti ilə fərqli ölkələrdə 8 yeni neobank açacaqlarını açıqlayıb.
Neobank konsepsiyası artıq uzun illərdir ki, bankçılıq sektorunun əsas tərkib hissəsi kimi mövcudluğunu qoruyur. Maliyyə texnologiyaları sahəsində ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardan biri də neobanklardır.
2017-ci ildə Ukraynada “Monobank” rəqəmsal bankını yaradan Dubilet hazırda şirkətin müştəri bazasını 4.5 milyon nəfərə çatdırıb.
Dmitriy Dubilet 7.4 milyon dollarlıq layihənin ilkin mərhələsində Qərbi Afrika ölkəsi olan Nigeriyada yerli banklarla tərəfdaşlıq çərçivəsində neobank təsis etməyi planlaşdırıb.