Home » Rusiyanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatları ilə onlayn görüş keçirilib

Rusiyanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatları ilə onlayn görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə bu ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatları ilə onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri və elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edib.

Görüşdə Rusiya Federasiyasının Dağıstan Respublikası, Volqoqrad və Tümen vilayətlərinin ixraca dəstək mərkəzləri tərəfindən seçilmiş şirkətlər kənd təsərrüfatının bitkiçilik sahəsində məhsuldarlığın artırılması, torpaq münbitliyinin yaxşılaşdırılması, xəstəliklərə qarşı bitki mühafizə vasitələri ilə bağlı məhsulların və texnologiyaların  təqdimatını keçiriblər. Rusiya şirkətlərinin nümayəndələri Azərbaycanın yerli şirkətləri və elmi-tədqiqat institutları ilə birlikdə kənd təsərrüfatında ən son yenilikləri tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Həmçinin qeyd olunub ki, Aqrar İnnovasiya Mərkəzi mütəmadi olaraq Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları üçün innovativ məhsul və texnologiyaların təşviqi və təbliği məqsədilə regionlarda innovasiya festivalları keçirir və bu festivallarda Rusiya şirkətləri də öz məhsulları ilə iştirak edə bilərlər.

Görüşün sonunda Azərbaycanın aqrar sektorunda innovasiyaların tətbiqinin mümkünlüyünü və effektivliyini yoxlamaq məqsədilə Rusiya şirkətlərinin texnologiyalarının ölkəmizdə sınaqdan keçirilməsi üçün birgə pilot layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.