Home » “Facebook”un rəqəmsal valyuta layihəsi uğursuzluqla yekunlaşıb

“Facebook”un rəqəmsal valyuta layihəsi uğursuzluqla yekunlaşıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Qlobal sosial media şəbəkələrinin bir çoxunu özündə cəmləşdirən “Facebook” (indiki adı “Meta”) şirkəti rəqəmsal valyuta layihəsinə son verib. “Diem” adlandırılan bu layihənin planlanması və start verilməsi 2019-cu ilə təsadüf etsə də, ilkin mərhələlərdən tənzimləyici qurumlar ilə problemlər yaşanıb.

Belə ki, “Facebook” şirkətinin istifadəçi məlumatları ilə bağlı bir neçə məsələlərdə adının hallanması səbəbindən beynəlxalq maliyyə institutları və tənzimləyici orqanlar şirkətin rəqəmsal maliyyə xidmətləri bazarına girməsinə təsdiq verməyib.

Bu səbəbdən 2022-ci ildə test mərhələsinə başlanılması planlaşdırılan “Diem” layihəsi dayandırılıb. Layihə üçün istifadəsi planlaşdırılan texnologiya isə Kaliforniya mərkəzli “Silvergate Capital Corporation” tərəfindən kriptovalyuta layihələrində istifadə edilmək üçün satın alınıb. Satınalmanın ümumi həcminin 182 milyon dollar olduğu açıqlanıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.