Home » Rusiya və Ukrayna arasında gərginlik neft qiymətlərini rekord məbləğdə yüksəldə bilər

Rusiya və Ukrayna arasında gərginlik neft qiymətlərini rekord məbləğdə yüksəldə bilər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq əmtəə birjalarının əsasını təşkil edən xam neft qiymətləri tələb-təklif dəyişiklikləri ilə yanaşı, bir sıra başqa xarici amillərin təsiri ilə də dalğalana bilir. Rusiya və Ukrayna sərhəddində yaranan və bir müddətdir ki dünya ictimaiyyətini narahat edən qarşıdurma da bu amillərdən biridir.

“JPMorgan” investisiya bankının sektor üzrə proqnozları özündə cəmləşdirən araşdırmasına istinadən, Rusiya və Ukrayna arasında münaqişənin davam etməsi, dünyanın ən böyük xam neft hasilatçılarından olan Rusiyanın təklifi azaltmasına gətirib çıxara bilər. Bu isə, öz növbəsində qlobal birjalarda neft qiymətlərini birinci rübdə 120 dollara, birinci yarımillikdə isə 150 dollara qədər artıra bilər.

Qeyd edək ki, ən son 2008-ci ildə “Brent” markalı neftin barel qiyməti 147.5 dollar ilə rekord səviyyəyə yüksəlib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.