Home » Kriptovalyuta və blokçeyn sahəsinin milyarderləri – RENKİNQ

Kriptovalyuta və blokçeyn sahəsinin milyarderləri – RENKİNQ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Bununla belə, kriptovalyuta və blokçeyn texnologiyaları sürətlə inkişaf edir və bu sahədə investisiya həyata keçirən sahibkarlar sərvətlərini artırmaqda davam edir.

“Forbes” jurnalı tərəfindən tərtib edilən araşdırmanın nəticələrinə əsasən, 2022-ci ildə kriptovalyutalar sahəsində fəaliyyət göstərən 19 sahibkar milyarderlər siyahısına adını yazdıra bilib. Ötən il bu göstərici 12 olub.

Kriptovalyuta və blokçeyn sahəsinin ən zəngin milyarderi Changpeng Zhao olub. Kanada vətəndaşlığına malik olan Çinli biznesmen 2017-ci ildə təsis etdiyi “Binance” kriptotreydinq platforması nəticəsində cəmi beş il ərzində sərvətini 65 milyard dollara çatdırıb. Hazırda, 70%-lik səhminə malik olduğu “Binance” platformasının ümumi bazar kapitalizasiyası 92.5 milyard dollar səviyyəsindədir və 180-dən çox ölkədə fəaliyyət göstərir. Changpeng Zhao “Forbes”in dünya milyarderləri renkinqində Michael Dell, Charles Koch kimi milyarderləri geridə qoyaraq 19-cu pilləyə yüksəlib.

Dünyanın “kriptomilyarder”lərinin ilk onluq üzrə siyahısına isə aşağıdakı cədvəldən nəzər yetirə bilərsiniz:

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.