![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Səhiyyə sahəsində tanınmış Pfizer şirkətinin 2022-ci ilin III rübündə qlobal gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 22.6 milyard dollara enib. Buna səbəb isə qlobal səviyyədə Covid vaksininə olan tələbin azalması olub.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, şirkət 2022-ci ilin III rübündə qlobal miqyasda 4.4 milyard vaksin satıb, bu isə 2021-ci ilin analoji dövrü ilə müqayisədə 66% azalma deməkdir.
Şirkət, həmçinin, III rüb ilə bağlı gəlir və mənfəət ilə bağlı proqnozunu aşıb.
Pfizer-in xalis gəliri 2022-ci ilin III rübündə 8.6 milyard dollar olub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 6% artım deməkdir. Şirkət, həmçinin, bildirib ki, 2022-ci ildə gəlir gözləntisi 99.5 milyard dollardan 102 milyard dollara çatacaq.
Bu gün səhər ticarətdə isə onun səhmlərinin qiyməti 2% artıb.
Qeyd edək ki, Pfizer şirkəti hazırda gözləyir ki, onun proqnoz səhm qiymətləri 1 ildə 6.40 dollardan 6.50 dollara çatacaq, bu isə onun əvvəlki 6.30-6.45 dollar proqnozundan yüksəkdir.