Home » Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib

Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, “Alfa 99 Corp” MMC, “Alov Mühafizə” MMC-nin 10 saylı filialı, “Ağ Naftalan” MMC, “Archimed” MMC, “Azbiodinamika” MMC, “Azərenerji Təchizat” MMC, “Braenso Line” MMC, “Buta Service Group” MMC, “CFR 22 Corp” MMC, “Echo Moon LT” MMC, “EF Print Reklam Mətbəə Poliqrafiya” MMC, “Gold Planet LT” MMC, “Kaspian Standart” MMC, “Qlobus AZXX Kompany” MMC, “Qlobal 18 Corp” MMC, “LM Holdinq-L” MMC, “Mahdi Nema” MMC, “Marz” MMC, “Montela ABC” MMC, “Orlondo 22 Corp” MMC, “Rəbunə” MMC, “Star – 08 LT” MMC, “Şəhriyar Təmir Tikinti” MMC, “T-Delta Group LT” MMC, “Texnomaks” MMC, “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı, “Vesta Group” MMC, “Zırfe TIM Corp” MMC tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.