
3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BQ” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
“BQ” ASC-nin səhmlərin abunə yazılışı 05.06.2026-cı il tarixində başlayaraq, 5 gün davam edib və iyunun 9-u yekunlaşmışdır.
Qiymətli kağızların yerləşdirilməsi isə 11.06.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.3 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “BQ” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1002020936 |
| Səhmin növü və forması | Sənədsiz adlı, adi səhmlər |
| Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 100 ədəd |
| İlkin ticarət qiyməti | 2,005 manat |
| Buraxılış həcmi | 200,500 manat |
| Hərrac qiyməti | 2,005 manat |
| Reallaşdırılmış həcm | 200,500 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 200,500 manat |
| İnvestor sayı | 1 |
| Sifariş sayı | 1 |
| Yerləşdirmənin yekunlaşdığı tarix | 11.06.2026 |
| Anderrayter | “İnvest-Az İ.Ş.” QSC |




