Home » ABA və Vəkillər Kollegiyası nümayəndələri arasında görüş keçirilib

ABA və Vəkillər Kollegiyası nümayəndələri arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

22 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Kollegiya) Biznes Hüququ Komitəsinin nümayəndələri arasında görüş keçirilmişdir. ABA ilə Kollegiya arasında 18 oktyabr 2022-ci il tarixində birgə qarşılıqlı əməkdaşlığa dair imzalanmış Memorandum çərçivəsində baş tutan görüşün məqsədi bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.

Görüşdə, qeyd edilən məsələlər haqqında fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallar cavablandırılmışdır. Sonda, gələcəkdə birgə fəaliyyətin daha səmərəli və operativ qaydada təşkilinin təmin edilməsi məqsədi ilə hər iki tərəfin təmsil olunduğu nümayəndələrdən ibarət İşçi Qrupun yaradılması qərara alınmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.