Home » OPEC-dən 2023-cü il neft bazarı ilə bağlı yeni, aylıq proqnoz

OPEC-dən 2023-cü il neft bazarı ilə bağlı yeni, aylıq proqnoz

by bbnadm
0 comments 1 views 1 minutes read

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

BBN.az əcnəbi mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı təşkilatın aylıq neft bazarı ilə bağlı paylaşdığı hesabatda qeyd edilib ki, 2023-cü ildə qlobal neft tələbi gündəlik 2.2 milyon barrel artaraq 101.8 milyon barrelə çatacağı gözlənilir. OPEC-dən bildirilib ki, belə bir nəticə yaxın keçmişdə 3 ildən sonra Covid məhdudiyyətlərini yumşaldan və sərhədləri açan Çinin bazara geri qayıtması ilə bağlı olacaq. Başqa regionlarda isə iqtisadi çətinliklərin davam etməsi fonunda qlobal neft tələbatında cüzi azalmaların olacağı proqnozlar sırasındadır.

2022-ci ilin son ayı, dekabrda isə qlobal neft təchizatında artım baş verib. Qeyd edilən ayda qlobal neft təchizatı əvvəlki aylıq bazada, gündəlik təxminən 300.000 barrel artaraq 101.7 milyon barrelə çatıb. Bu isə əvvəlki ilin səviyyəsindən nə az nə çox düz, gündəlik 3.8 milyon barrel çoxdur. Əlavə edilib ki, bu periodda OPEC-də xam neft istehsalı ən çox Nigeriya, Anqola, Liviya, Venesuelada artıb, Küveyt, Konqo və Əlcəzairdə isə azalıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.