![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dolları, yaxud 0,53% azalaraq 88,44 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 85,69 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Yahoo Finance”də yayılan məlumata əsasən dünya bazarlarında xam neftin qiymətləri yanvardan bu yana ən yüksək həddə çatıb. Qiymətlərin yüksəlməsinə ABŞ neft sənayesinin elan etdiyi xam neftin saxlanılmasındakı azalma ilə bağlıdır.