Home » “EnergyTech” hakatonuna start verilib

“EnergyTech” hakatonuna start verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Azərişıq ASC”nin birgə təşkilatçılığı ilə “EnergyTech” hakatonuna start verilib.

Tədbirdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktoru Fərruh Heybətov, “PAŞA Holding”in İnnovasiyalar üzrə proqram rəhbəri Fərrux Əliyev və digər qonaqlar iştirak ediblər.

İlk gün cari ilin 13-25 mart tarixində hakatona müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda öz ideyalarının prototiplərini hazırlayacaq. Sonrakı gün isə prototiplər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə mükafatlar təqdim olunacaq.

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilib və dərhal icrasına başlanılıb. “EnergyTech” Hakatonu Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası üzrə ilk dəfə olaraq təşkil olunur və enerji təchizatı şəbəkəsinə qoşulma xidməti üzrə “e-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə həyata keçirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.