0

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil etmişdir.
Bu barədə Azərbaycan Mərkəzi Bankdan (AMB) məlumat verilib. AMB-ın məlumatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.9% artmışdır.
Burada debet kartları üzrə artım 16.6%, kredit kartları üzrə isə 27% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır





