Home » 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov

2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov

by bbnadm
0 comments 0 views 1 minutes read

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb.

Bunu şənbə günü informasiya agentliklərinə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin profisiti 1 milyard 723 milyon manat olub. Dövlət büdcəsinin gəlirləri 8,29 milyard manat, xərcləri isə 6,567 milyard manat təşkil edib. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 4,43 milyard manat və ya ümumi dövlət büdcəsinin gəlirlərinin 53,4 faizini təşkil edib.

Trend

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.