Home » “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by anar
0 comments 4 views 1 minutes read

6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1,000 manat olan AZ2014022282 dövlət qeydiyyat nömrəli 2,500,000 (iki milyon beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 06.07.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.