
ABŞ-ın aparıcı investisiya banklarından olan “Morgan Stanley” 2026-cı ilin ikinci rübü üzrə güclü maliyyə nəticələri açıqlayıb.
BBN.az xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 58% artaraq 5,6 milyard dollara yüksəlib. Ötən ilin ikinci rübündə bu göstərici 3,5 milyard dollar təşkil etmişdi.
Hesabat dövründə səhm üzrə mənfəət də artaraq 2,13 dollardan 3,46 dollara çatıb.
Bankın xalis gəlirləri isə illik müqayisədə 27% artaraq 21,3 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə xalis gəlirlər 16,8 milyard dollar səviyyəsində idi.
Açıqlanan nəticələr həm mənfəət, həm də gəlir göstəriciləri üzrə analitiklərin proqnozlarını üstələyib. Bank bildirib ki, ikinci rübdə əldə olunan gəlir və səhm üzrə mənfəət rüblük əsasda rekord səviyyəyə yüksəlib.




